«32-dən biri» — Bakının ətrafındakı 32 kənddən ilhamlanan parfümeriya praktikasıdır.
Bu kəndlərin hər biri öz mədəni kodunu — tarixini, sənətkarlığını, incəsənətini, ənənələrini qoruyub saxlayır.
«Nuance» brendi isə onlara yeni bir ifadə forması bəxş etməyi qərara aldı. Bu ifadə forması — füsunkar ətir çeşidləridir.
Hər bir ətir konkret bir kəndin ruhunu əks etdirir: bəzilərində dənizin və küləyin təravəti, bəzilərində çörəyin və torpağın istiliyi, digərlərində isə otların və ədviyyatların ədalı qoxusu.
Beləcə, ətir keçmişlə bu günü, qədim ənənə və mədəniyyətlə bugünkü həyat tərzini birləşdirən körpüyə çevrilir.
Ətrafında bu kəndlərin nümayəndələri olan insanlar üçün belə bir ətir sadəcə parfüm deyil, mənsubiyyətin, hörmətin və yaddaşın simvoludur.
Bu, zatən «Sənin köklərini, tarixini, mədəniyyətini qiymətləndirirəm» deyən bir hədiyyədir.
Nuance Line — hər bir detalın incəliklə düşünülərək yaradıldığı xüsusi ətir kolleksiyasıdır. Bu kolleksiyanın əsasında Avropanın sertifikatlaşdırılmış istehsalçıları tərəfindən təqdim olunan yüksək keyfiyyətli inqrediyentlər və peşəkar formullar dayanır.
Ətirlər dərinliyi və zənginliyi ilə seçilir, uzun müddət qalıcı təsir bağışlayaraq, özünəməxsus və yadda qalan iz buraxır. Dünya miqyasında tanınan kompozisiyalardan ilham alınaraq yaradılan bu ətirlər, Nuance estetikası ilə yenidən təqdim olunur və hər biri özünəməxsus adlandırma ilə fərqlənir.
Yalnız məzmun deyil, təqdimat da xüsusi diqqət mərkəzindədir. Flakonlar və qablaşdırma incə zövqlə hazırlanır: naxışlar, relyefli elementlər və harmonik dizayn hər bir məhsula xüsusi dəyər qatır. Hər bir ətir həm görünüşü, həm də mahiyyəti ilə zərif və ilhamverici bir təəssürat yaradır.
Nuance Line — yüksək keyfiyyətə, incə estetikaya və əlçatan lüks anlayışına üstünlük verən istehlakçılar üçün yaradılmışdır.
Nuance Exclusive — xüsusi sifariş əsasında yaradılan və yalnız Nuance üçün istehsal olunan seçmə ətir kolleksiyasıdır. Bu xətdə təqdim edilən kompozisiyalar parfümeriya evi tərəfindən məhz bizim tələblərimizə uyğun hazırlanır və təqdimat baxımından eksklüziv xassə daşıyır.
Hər bir ətir fərdi yanaşmanın və incə zövqün nəticəsidir — kütləvi bazar üçün deyil, zövqlü auditoriya üçün nəzərdə tutulub. Bu kompozisiyalar öz unikallığı ilə seçilir və onları daşıyan insana fərqlilik hissi bəxş edir.
Xüsusi diqqət qablaşdırmaya yönəldilmişdir: incə detallarla işlənmiş flakonlar, zərif naxışlar və yüksək keyfiyyətli materiallar hər bir məhsulu estetik baxımdan tamamlayır. Bu ətirlər yalnız istifadə üçün deyil, eyni zamanda unikal və yadda qalan bir hədiyyə kimi təqdim olunmaq üçün yaradılmışdır.
Nuance Exclusive — nadirliyi, özəlliyi və zərif təqdimatı dəyərləndirənlər üçün seçilmiş bir dünyadır.
- All Products
- 32-dən biri
- Nuance line
- Nuance exclusive
-
Acqua Di Gio
28,00 ₼ -
Versus
28,00 ₼ -
Invictus
28,00 ₼ -
Polo Blue
28,00 ₼ -
Jadore
28,00 ₼ -
Black Orchid
28,00 ₼ -
Bright Crystal
28,00 ₼ -
Sì
28,00 ₼
- Caroma
- Məkan ətirləri
- Fresh Spray
-
Avtomobil üçün aromatlaşdırıcı «Ananas»
3,99 ₼ -
Avtomobil üçün aromatlaşdırıcı «Blackberry»
3,99 ₼ -
Avtomobil üçün aromatlaşdırıcı «Cola»
3,99 ₼ -
Avtomobil üçün aromatlaşdırıcı «Ekzotika»
3,99 ₼ -
Avtomobil üçün aromatlaşdırıcı «Greyfrut və laym»
3,99 ₼ -
Avtomobil üçün aromatlaşdırıcı «Lavanda»
3,99 ₼ -
Avtomobil üçün aromatlaşdırıcı «Limon»
3,99 ₼ -
Avtomobil üçün aromatlaşdırıcı «Mango»
3,99 ₼ -
Avtomobil üçün aromatlaşdırıcı «Okean»
4,99 ₼ -
Avtomobil üçün aromatlaşdırıcı «Saqqız»
3,99 ₼ -
Avtomobil üçün aromatlaşdırıcı «Vanil»
3,99 ₼ -
Avtomobil üçün aromatlaşdırıcı «Yasəmən»
3,99 ₼

































