Bakının 32 kəndindən biri olan Görədil həm sahilə yaxınlığı, həm də yaşıllığı ilə tanınır. Ətirin yuxarı notlarındakı limon və lavandanın təravətli çalarları kəndin günəşli səhərlərini və təmiz havasını xatırladır. Orta notlarda hiss olunan dəniz akkordu və cypriolun ədviyyəli dərinliyi Xəzərin küləklərini və kəndin canlı ritmini canlandırır. Sonluqda qalıcı amber və paçuli izləri isə Görədilin sakit bağlarını və axşamlarının rahatlığını əks etdirir. Bu qoxu Görədilin həm enerjisini, həm də təbiiliyini özündə birləşdirir.






Отзывы
Отзывов пока нет.