Bakının 32 kəndindən biri olan Hövsan bostanları, üzümlükləri və zəhmətkeş insanları ilə tanınır. Ətirin yuxarı notlarında hiss olunan qarpız, qara qarağat və berqamotun meyvəli-təravətli çalarları kəndin geniş bostanlarını və yay günlərinin şirin havasını yada salır. Orta notlarda duyulan süsən çiçəyi, maqnoiya, zanbaq və nanənin zərifliyi, kardamon və adaçayının ədviyyatlı nəfəsi Hövsanın tarlalarındakı təbiət bolluğunu canlandırır. Sonluqda qalıcı tütün, vetiver və sidrin torpaq və odunsal izləri isə kəndin axşam sükutunu və zəhmət dolu günlərin rahatlığını əks etdirir. Bu qoxu Hövsanın meyvəli sadəliyini, torpağın gücünü və kənd həyatının təbii səmimiyyətini özündə cəmləşdirir.






Отзывы
Отзывов пока нет.