Bakının 32 kəndindən biri olan Novxanı dəniz kənarında yerləşən qədim və qonaqpərvər məkan kimi tanınır. Ətirin yuxarı notlarında hiss olunan qara bibərin və təzə-tər ədviyyatların isti çaları kəndin yay axşamlarını və odun sobasında bişən yeməklərin ətirini xatırladır. Orta notlardakı lavanda və kafur kimi sərin çalarlar Xəzər dənizindən gələn meh kimi təravət bəxş edir. Sonluqda qalan vanil, ənbər və paçuli tonları isə kəndin sakitliyini və köhnə həyətlərin rahatlığını əks etdirir. Bu qoxu Novxanının həm canlı, həm də rahat təbiətini özündə birləşdirir.






Отзывы
Отзывов пока нет.