Bakının 32 kəndindən biri olan Pirşağı günəşli çimərlikləri və üzüm bağları ilə seçilir. Ətirin yuxarı notlarında hiss olunan rəvənd, ananas və bergamotun meyvəli-təravətli çalarları kəndin yay günlərinin şirin havasını və günəş altında yetişən meyvələrinin ətirini yada salır. Orta notlarda duyulan süsən çiçəyi, yasəmən və paprikanın ədviyyatlı nəfəsi Pirşağının enerjili, həyat dolu ab-havasını canlandırır. Sonluqda qalıcı sidr, darçın, palıd mamırı, vetiver və vanilin odunsal-isti tonları isə kəndin günəş qürub edərkən sükutunu və dəniz kənarında duyulan rahatlığı əks etdirir. Bu qoxu Pirşağının həm canlı günəşini, həm də sakit axşamlarını özündə cəmləyir.






Отзывы
Отзывов пока нет.