Bakının 32 kəndindən biri olan Qala əsrlərin izini daşıyan möhkəm qala divarları və sirli ruhu ilə seçilir. Ətirin başlanğıcında duyulan gülün zərifliyi və ağ çiçəklərin təmizliyi kəndin qapalı həyətlərində açan nadir gülləri yada salır. Orta notlarda üstünlük təşkil edən oudun dərinliyi və səndəl ağacının istiliyi, üstəlik də dərinin güclü çaları, Qalanın tarixi daş küçələrini və dözümlü xarakterini canlandırır. Axırda isə pudralı, isti ədviyyatlı və bir az da heyvan dərisinin akkordlarının qarışığı kəndin əzəmətini və əsrlərlə qorunan gücünü əks etdirir. Bu qoxu Qalanın həm sərtliyini, həm də gizli zərifliyini özündə birləşdirən bir simvoldur.






Отзывы
Отзывов пока нет.